Вернуться назад Распечатать

Səfərlərini BBAK-dan planlaşdıran sərnişinlərin nəzərinə!

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) sərnişinlərə müraciət edib.  Xatırladaq ki, 15 avqust 2026-cı il tarixindən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq. 

1xeber.media xəbər verir ki, BBAK-da “28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını qeyd olunanlar nəzərə alınmaqla tənzimləmələrini xahiş edirik.