Вернуться назад Распечатать

Sentyabrda yay geri qayıdacaq? – Hava ilə bağlı AÇIQLAMA

“Havanın əvvəlki illərlə müqayisədə daha tez sərinləşməsi və payız əhval-ruhiyyəsinin hiss olunması bir çox insanda yay havasının yenidən qayıdıb-qayıtmayacağı ilə bağlı suallar doğurur.

Meteoroloji qanunauyğunluqlara və uzunmüddətli iqlim proqnozlarına əsasən, sentyabr ayında havaların yenidən müəyyən qədər istiləşməsi və yay günlərini xatırladan isti fasilələrin müşahidə olunması ehtimalı yüksəkdir”.

1xeber.media xəbər verir ki, bu fikirləri hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib. Pepperoni pizza

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və ölkədə hər il təkrarlanan müəyyən sinoptik proseslər sentyabr ayında qısamüddətli isti hava şəraitinin yaranmasına imkan verir:

“Adətən sentyabrın ikinci yarısında və ya oktyabrın əvvəllərində bir neçə gün, bəzən isə daha uzun müddət ərzində sərin hava şəraitindən sonra yenidən günəşli, sakit və mülayim-isti hava müşahidə olunur. Bu dövr xalq arasında qısamüddətli yay havasının qayıtması kimi qəbul edilir”.

C.Hüseynov vurğulayıb ki, sentyabr ayında gecələr və səhərlər havanın nəzərəçarpacaq dərəcədə sərinləşməsinə baxmayaraq, günorta saatlarında günəş şüaları hələ də kifayət qədər güclü ola bilər.

“Bu səbəbdən bəzi günlərdə gündüz temperaturunun 28-33 dərəcəyədək yüksəlməsi mümkündür. Belə hava şəraiti yay istisini xatırladan isti və komfortlu günlərin yaşanmasına səbəb ola bilər.

Uzunmüddətli proqnozlara əsasən, sentyabr ayında orta temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Bu isə o deməkdir ki, avqustun sonu və sentyabrın əvvəllərində müşahidə olunan erkən sərinlik ay ərzində havaların tamamilə payız xarakterinə keçəcəyi anlamına gəlmir.

Sentyabrda temperaturun yenidən yüksəldiyi, günəşli və mülayim-isti hava şəraitinin müşahidə olunduğu günlərin olması mümkündür”.