1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiyanın Ryazan vilayətinə PUA-larla hücuma cəhd edib.
Vilayətin qubernatoru Pavel Malkov bildirib ki, regionun hava məkanında 6 pilotsuz uçuş aparatı məhv edilib.
Onun sözlərinə görə, hücum nəticəsində heç kim xəsarət almayıb və yerə heç bir ziyan dəyməyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi 12 saat ərzində Ukraynaya məxsus 147 PUA-nın məhv edildiyini açıqlamışdı. Hücumların Rusiyanın 13 regionunu əhatə etdiyi bildirilib.