1xeber.media xəbər verir ki, güclü ishala səbəb ola bilən siklosporoz infeksiyasına ABŞ-ın daha iki ştatında — Vaşinqton və Nyu-Yorkda rast gəlinib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, infeksiya artıq ölkənin 47 ştatında qeydə alınıb. May ayından etibarən laboratoriya tərəfindən təsdiqlənmiş yoluxma hallarının sayı 13 895-ə çatıb.
Müqayisə üçün, 2025-ci il mayın 1-dən avqustun 31-dək ABŞ-da cəmi 1 180 siklosporoz hadisəsi qeydə alınmışdı.
CDC əlavə olaraq təxminən 10,5 min hadisənin araşdırılmasının davam etdiyini bildirib. Siklosporoz əsasən uzunmüddətli və güclü ishala səbəb ola bilər.