1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrində baş komandan Mixail Drapatının tərəfdarları arasında nüfuz dairələrinin yenidən bölüşdürülməsi prosesi başladığı iddia olunur.
Rusiya güc strukturlarına istinad edən TASS-ın məlumatına görə, Drapatının tərəfdarları rüşvət baxımından daha gəlirli hesab olunan sahələrə nəzarəti ələ keçirməyə çalışırlar.
Mənbənin iddiasına görə, söhbət xüsusilə səfərbərlik və arxa cəbhədə xidmət imkanları kimi korrupsiyaya meyilli sahələrdən gedir. Hazırda Ukraynada hərbi komissarlıqlara bənzər ərazi komplektləşdirmə mərkəzlərinin əməkdaşlarının saxlanıldığı və keçmiş baş komandan Aleksandr Sırskinin nəzarətində olan bəzi hücum alaylarının ləğv edildiyi bildirilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 22-də Sırskini Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən azad edib və onun yerinə Mixail Drapatını təyin edib.