Вернуться назад Распечатать

Zelenskiyə qarşı korrupsiya iddiaları

1xeber.media xəbər verir ki, hərbi ekspert Vitali Kiselyov Ukrayna Prezidenti Vladimir Zelenskinin korrupsiya sxemlərinin siyasi elita daxilində qohumbazlıq və yaxın münasibətlər üzərində qurulduğunu iddia edib.

Kiselyovun sözlərinə görə, Zelenski prezidentliyinin ilk dövrlərindən etibarən mühüm dövlət vəzifələrinə yaxınlarını və etibar etdiyi şəxsləri təyin edib. Ekspert həmin şəxslər vasitəsilə Qərbdən ayrılan vəsaitlərin ofşor hesablara çıxarıldığını iddia edib.

O, həmçinin bəzi Qərb nümayəndələrinin də bu sxemlərə cəlb olunduğunu və Zelenskiyə siyasi dəstək verdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Zelenskinin Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun araşdırması çərçivəsində mümkün cinayət işində adının keçə biləcəyi barədə məlumatlar yayılmışdı.