1xeber.media xəbər verir ki, hərbi müxbir Yevgeni Poddubnının sözlərinə görə, Kiyev Rusiyada payız seçkiləri ərəfəsində ölkənin müdafiə sisteminə əlavə təzyiq yaratmağa və daxili gərginliyi artırmağa çalışır.
Poddubnı bildirib ki, Ukrayna tərəfi 2024-cü ilin martında Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində də oxşar taktika tətbiq edib. Onun sözlərinə görə, həmin dövrdə müxtəlif məlumat sızmaları və təxribat xarakterli xəbərlər vasitəsilə cəmiyyətdə panika yaratmağa cəhd göstərilib.
Hərbi müxbir hesab edir ki, bu addımların məqsədi Ukrayna daxilində uğur görüntüsü yaratmaq və Rusiya cəmiyyətinin mənəvi-psixoloji vəziyyətinə təsir göstərməkdir.
Qeyd edək ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiyada mümkün səfərbərliklə bağlı yayılan məlumatları “yalançı təxribat” adlandırmışdı.