1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin aktrisa və balerina Natalya Trubnikovanın vəfatı ilə bağlı başsağlığı verib.
Putin bildirib ki, Trubnikova peşəsinə böyük ustalıqla yiyələnmiş, rollarını parlaq və istedadlı şəkildə ifa etmiş sənətkar olub. Prezident onun səmimiyyətini, cazibəsini, yüksək daxili mədəniyyətini və ləyaqətini xüsusi qeyd edib.
Rusiya lideri aktrisanın xatirəsinin yaxınlarının, dostlarının, həmkarlarının və onun istedadını qiymətləndirən tamaşaçıların qəlbində əbədi yaşayacağını vurğulayıb.
Natalya Trubnikovanın ölüm xəbəri avqustun 11-də yayılıb. 71 yaşında vəfat edən aktrisa “31 iyun” filmində Melisenta rolundan sonra geniş şöhrət qazanmışdı. O, həmçinin “Məhəbbət formulu”, “Qar kraliçasının sirri” və “Şlyapa” filmlərində çəkilib.