1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Apti Alaudinov Slavyansk və Kramatorsk şəhərləri uğrunda qarşıdakı döyüşlərin çox ağır olacağını bildirib.
Alaudinovun sözlərinə görə, sözügedən şəhərlər uzun müddət ərzində gücləndirilmiş müdafiə mövqelərinə çevrilib. Buna görə də onların ələ keçirilməsi Rusiya hərbçiləri üçün ciddi və çətin tapşırıq olacaq.
General-leytenant bildirib ki, Rusiya hərbçiləri artıq Slavyansk və Kramatorsk istiqamətində mümkün döyüşlərə hazırlıq aparırlar.
Daha əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov xüsusi hərbi əməliyyat zonasında vəziyyətin dəyişməkdə olduğunu və Rusiya qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin arxa infrastrukturuna zərbələr endirdiyini bildirmişdi.