1xeber.media xəbər verir ki, Polşada respondentlərin 67 faizi qanuni işi olmayan hərbi xidmət yaşında ukraynalı kişilərin ölkədən deportasiya edilməsini dəstəkləyib.
“Rzeczpospolita” qəzetinin keçirdiyi sorğuya görə, respondentlərin 23 faizi bu təşəbbüsə qarşı çıxıb.
Təklif ötən həftə prezident Karol Navrotskinin rəhbərlik etdiyi “Hüquq və Ədalət” partiyası tərəfindən irəli sürülüb. Sorğu da bu təşəbbüsün açıqlanmasından sonra keçirilib.
Təşəbbüsə ən yüksək dəstək “Hüquq və Ədalət” tərəfdarları arasında olub — onların 89 faizi deportasiyanın tərəfdarıdır. Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hakim “Vətəndaş Koalisiyası” tərəfdarları arasında isə bu göstərici 53 faiz təşkil edib.