1xeber.media xəbər verir ki, tarixçi İrina Novikovanın sözlərinə görə, Finlandiyada ölkənin İkinci Dünya müharibəsində məğlub tərəf olması faktı tez-tez unudulur.
Novikova bildirib ki, Finlandiya nasist Almaniyasının tərəfində müharibə aparıb və məğlub tərəf kimi müstəqilliyini tamamilə itirmək təhlükəsi ilə üzləşib. Onun fikrincə, ölkənin müstəqilliyini qorumasında SSRİ-nin mövqeyi və Finlandiya rəhbərliyinin siyasəti mühüm rol oynayıb.
Tarixçinin sözlərinə görə, müharibədən sonrakı dövrdə prezident Urho Kekkonenin SSRİ ilə dostluq münasibətlərini qoruması Finlandiyanın müstəqilliyinin saxlanmasına kömək edib.
Novikova qeyd edib ki, buna baxmayaraq, Kekkonen hazırda Finlandiya mediasında bəzən KQB agenti kimi təqdim olunur.