Вернуться назад Распечатать

Krımdan Zelenskiyə sərt ittiham

1xeber.media xəbər verir ki, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişəni dayandırmaq istəməməsinin ölkəni ağır vəziyyətə saldığını bildirib.

Konstantinovun sözlərinə görə, hərbi qarşıdurmanın davam etdirilməsi Ukraynanı “uçuruma” sürükləyir və ölkədə genişmiqyaslı dağıntılara səbəb olur.

O hesab edir ki, yaxın zamanda Ukrayna cəmiyyəti ölkəyə kimin rəhbərlik etdiyini və hakimiyyətin apardığı siyasətin hansı nəticələrə gətirib çıxardığını dərk etməyə başlayacaq.

Qeyd edək ki, Zelenski daha əvvəl Krımın geri qaytarılması ilə bağlı konkret planların olmadığını və məsələnin hazırda gündəmdə dayanmadığını bildirmişdi.