Вернуться назад Распечатать

Amerikalı fermer ailəsi ilə Rusiya vətəndaşlığı alacaq

1xeber.media xəbər verir ki, Rusiyada “Şən südçü” kimi tanınan amerikalı fermer Castas Uolker həyat yoldaşı və uşaqları üçün Rusiya vətəndaşlığına müraciət etməyə hazırlaşır.

Uolker bildirib ki, ailəsi yaxın günlərdə vətəndaşlıq üçün sənədləri təqdim etməyi planlaşdırır.

Amerikalı fermer təxminən 10 ildir ailəsi ilə birlikdə Altay diyarında yaşayır. Onun özü Rusiya vətəndaşıdır, həyat yoldaşı və uşaqları isə hazırda yaşayış icazəsinə malikdir.

Uolker uşaqlıq illərində, 1990-cı illərin əvvəllərində Rusiyaya köçüb. 2000-ci ildə ailəsi ABŞ-a qayıtsa da, o, sonradan yenidən Rusiyaya gəlib. 2016-cı ildə həyat yoldaşı Rebekka ilə Altayda torpaq sahəsi alıb.