Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edilib.
1xeber.media Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı Sərəncam imzalayıb.
O bu vəzifədə Armen Qriqoryanı əvəz edib.
N.Paşinyan daha əvvəl hökumətin iclasında çıxışı zamanı A.Qriqoryanın iclasda sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iştirak etdiyini bildirib. O bu vəzifəni təxminən 8 il icra edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edəcəyi ilə bağlı iddialar yayılmışdı. Hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.