Вернуться назад Распечатать

Qardaş ölkədə güclü zəlzələ oldu

Pakistanın şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

1xeber.media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Battaqram şəhərindən 260 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.