Вернуться назад Распечатать

Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA

Regionda sülh gündəliyi məhz Azərbaycanın təşəbbüsü ilə başladılıb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edərkən bildirib.

Dövlət başçısı sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.