Вернуться назад Распечатать

Rusiya Ukrayna limanlarını vurdu

1xeber.media xəbər verir ki, Rusiya ordusu avqustun 13-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi zərbələr endirib. Hücumların Odessa, Nikolayev, Çerniqov, Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindəki obyektlərə yönəldiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr zamanı Ukrayna Hərbi Dəniz Qüvvələrinin obyektləri və hərbi məqsədlərlə istifadə olunan liman infrastrukturu hədəfə alınıb. Xüsusilə Reni və İzmail limanlarında yerləşən obyektlərin vurulduğu açıqlanıb.

Nazirlik Reni limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinin idarəetmə məntəqəsinin, İzmail limanında isə Ukrayna bölməsinin müvəqqəti yerləşmə məntəqəsi və infrastruktur obyektlərinin məhv edildiyini bildirib.

Rusiyalı hərbi müxbir Aleksandr Kots isə qeyd edib ki, həmin liman və anbarlardan 2022-ci ildən etibarən yanacaq, texnika, sursat və pilotsuz uçuş aparatları üçün komponentlərin daşınmasında istifadə olunur.