Вернуться назад Распечатать

Almaniya Putinin xəbərdarlığına cavab verdi

1xeber.media xəbər verir ki, Almaniya Rusiyanın gəmilərinin ələ keçirilməsi ilə bağlı Vladimir Putinin “güzgüvari cavab” xəbərdarlığına münasibət bildirib. Almaniyanın Moskvadakı səfirliyindən verilən açıqlamada ölkənin və digər Avropa İttifaqı dövlətlərinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirləri davam etdirəcəyi bildirilib.

Diplomatik nümayəndəlik qeyd edib ki, Almaniya tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı tətbiq edilən Aİ sanksiyalarından yayınmanın qarşısını almağa çalışır. Bu tədbirlər çərçivəsində Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərinə qarşı addımlar da atılır.

Almaniya hökuməti əsas məqsədinin Ukrayna üçün “davamlı və ədalətli sülhə” nail olmaq olduğunu bildirib. Səfirlik gələcəkdə Rusiyanın mümkün cavab tədbirlərini isə şərh etməyib.

Xatırladaq ki, Vladimir Putin Qərbin Rusiya ticarət gəmilərini ələ keçirmək planlarını “piratçılıq və quldurluq” adlandıraraq, belə bir addım atılacağı təqdirdə Moskvanın güzgüvari cavab verəcəyini açıqlamışdı.