Вернуться назад Распечатать

Ukrayna PUA-ları Rusiyada NEZ-i dayandırdı

1xeber.media xəbər verir ki, Ukrayna PUA-larının hücumu nəticəsində Orenburq vilayətinin Orsk şəhərində zədələnən neft emalı zavodu fəaliyyətini tam dayandırıb.

Bölgənin qubernatoru Yevgeni Solntsevin sözlərinə görə, hücum zamanı zavodun əsas infrastrukturuna zərər dəyib və hazırda onun bərpası mümkün deyil. O, avadanlıqların xaricdən gətirildiyini və sanksiyalar səbəbindən təmir işlərinin 6 aya qədər uzana biləcəyini bildirib.

Qubernatorun açıqlamasına görə, zavodun dayanması səbəbindən bölgəyə kənardan yanacaq gətirilməsi gözlənilir. Logistika artıq yenidən qurulur. Orenburq vilayətindəki 287 yanacaqdoldurma məntəqəsinin təxminən 80 faizinin fəaliyyət göstərdiyi bildirilib.

Hadisə ilə bağlı məlumat avqustun 11-də yayılmışdı.