Вернуться назад Распечатать

Polşa Ukraynanı hərbi paraddan kənarda saxladı

1xeber.media xəbər verir ki, Ukrayna nümayəndələri Polşada keçiriləcək hərbi paradda iştirak etmək üçün dəvət almayıb. Bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

Varşavada Polşa Silahlı Qüvvələr Gününə həsr olunacaq hərbi paradda ABŞ, Kanada, Avstraliya, Litva, Rumıniya, İsveç və Estoniyadan nümayəndələrin iştirakı gözlənilir. Tədbirin Polşa tarixində ən böyük hərbi parad olacağı bildirilir. Paradda təxminən 1800 hərbçi, 300 texnika və 60-a yaxın uçuş aparatı iştirak edəcək.

Ukraynanın dəvət edilməməsi iki ölkə arasında son illərdə davam edən tarixi mübahisələrin fonunda diqqət çəkib. Xüsusilə İkinci Dünya müharibəsi dövründə Volın hadisələri və Ukrayna millətçi təşkilatlarının fəaliyyəti Varşava ilə Kiyev arasında fikir ayrılıqlarının əsas mövzularından biri olaraq qalır.