Вернуться назад Распечатать

Politoloq: Rusiyanın Qərbə səbr kasası daşdı

1xeber.media xəbər verir ki, Banqladeşdəki Daffodil Beynəlxalq Universitetinin professoru Qreq Saymons Rusiyanın Qərb ölkələrinə qarşı səbrinin tükəndiyini bildirib.

Politoloqun sözlərinə görə, Moskvanın “kölgə donanması” ilə bağlı ittihamlara və Rusiya ticarət gəmilərinin ələ keçirilməsi cəhdlərinə münasibətdə səbri artıq tükənib. Saymons Qərb ölkələrinin öz hərəkətlərinin mümkün nəticələrini nəzərə almadığını və vəziyyətin dəyişdiyini vurğulayıb.

Ekspertin fikrincə, Rusiyanın son bəyanatları Qərbin bu cür addımlarının bundan sonra cavabsız qalmayacağına işarədir.

Xatırladaq ki, Vladimir Putin daha əvvəl Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın “güzgüvari” cavab verəcəyini açıqlamışdı. O, cavabın mütləq hadisənin baş verdiyi akvatoriyada olmayacağını da bildirmişdi.