Вернуться назад Распечатать

Medvedev Yaponiyaya sərt mesaj verdi

1xeber.media xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Yaponiyanın Vladimir Putinin Kuril adalarına səfərinə etirazına sərt cavab verib.

Medvedev bildirib ki, Kuril adalarının Rusiyaya məxsus olduğunu qəbul etməyənlər öz “yanlış təsəvvürlərinin” ciddi nəticələri ilə üzləşəcəklər.

Yaponiya Xarici İşlər Nazirliyi Putinin İturup adasına səfərindən sonra Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi çağırıb və səfərə etirazını bildirib. Tokio İturup və Cənubi Kurilin daha üç adasının Yaponiyaya məxsus olduğunu bir daha bəyan edib.

Putin isə avqustun 13-də ilk dəfə şəxsən Kuril adalarına səfər edib.