Вернуться назад Распечатать

İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tender müsabiqəsi elan edilib.

1xeber.media  xəbər verir ki, tender müsabiqəsi 2026-cı il ərzində Heydər Əliyev prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Nizami küçəsinin kəsişməsinədək olan hissəsində xiyabanın hər iki tərəfində görüləcək abadlıq və yenidən qurma işləri ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 138 min 352 manat 96 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Nizami küçəsinin kəsişməsinədək olan hissənin uzunluğu təxminəm 500 metrdir.
Onu da qeyd edək ki, abadlıq və yenidən qurma işləri çərçivəsində əraziyə 30 ədəd oturacaq, 30 ədəd kiçikölçülü zibil qutusu, 3 ədə söhbətgah, uşaqlar üçün 2 ədəd yelləncək, dekorativ araba və ev maketləri də qoyulacaq.