Вернуться назад Распечатать

ABŞ İraqdan çıxacağı tarixi açıqladı

1xeber.media xəbər verir ki, ABŞ İraq hakimiyyətini ölkədəki bütün hərbi qüvvələrini 30 sentyabr 2026-cı ilədək çıxarmaq niyyəti barədə məlumatlandırıb.

Al Hadath telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ artıq İraq Kürdüstanındakı hərbi bölmələrinin çıxarılması prosesini sürətləndirib. Bu qüvvələrin qonşu ölkələrə yerləşdirilməsi gözlənilir.

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset daha əvvəl bildirmişdi ki, İraq ABŞ-la tərəfdaşlığı dərinləşdirmək üçün suverenliyini gücləndirməli və ölkə ilə əlaqəli silahlı qrupları tərksilah etməlidir.