Вернуться назад Распечатать

Belçikalı futbolçu “Kəpəz”də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan 1xeber.media-ya verilən məlumata görə, Gəncə təmsilçisi Desmond Akuanın keçidini rəsmiləşdirib.

Belçikalı yarımmüdafiəçi ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Desmond Akua son olaraq Belçikanın “Dender” komandasında çıxış edib. 24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyunda 2 qol vurub.