1xeber.media xəbər verir ki, Ukrayna PUA-ları Rusiyanın Leninqrad vilayətində, Ust-Luqa limanı ərazisinə hücum edib.
Bölgə qubernatoru Aleksandr Drozdenkonun məlumatına görə, hücum nəticəsində liman ərazisində yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq alovu söndürməyə başlayıblar. İlkin məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.
Daha sonra qubernator bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Leninqrad vilayəti üzərində 54 PUA-nı məhv edib. Bölgədə elan edilmiş pilotsuz uçuş aparatları təhlükəsi də aradan qaldırılıb.