Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
1xeber.media xəbər verir ki, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.