Вернуться назад Распечатать

Ust-Luqaya PUA-ların haradan uçduğu açıqlanıb

1xeber.media xəbər verir ki, akademik Maksim Kondratyev Ukraynanın Ust-Luqa limanına PUA hücumunda istifadə etdiyi dronların Qərbi Ukraynadan havaya qalxa biləcəyini bildirib.

Onun sözlərinə görə, PUA-lar Ukraynanın qərb ərazilərindən qalxaraq Baltikyanı ölkələrin hava məkanından keçə və Leninqrad vilayətinə çata bilər.

Kondratyev Estoniya, Latviya və Litvanın hava məkanından istifadə oluna biləcəyini iddia edib.

Qeyd edək ki, avqustun 14-də Leninqrad vilayətinə PUA hücumu zamanı Ust-Luqa limanında yanğın baş vermişdi. Rusiya tərəfi bölgədə 50-dən çox PUA-nın vurulduğunu açıqlayıb. Sonradan limandakı yanğının tam söndürüldüyü bildirilib.