Вернуться назад Распечатать

ABŞ Yaponiyanın Kuril iddialarını dəstəklədi

1xeber.media xəbər verir ki, ABŞ-ın Yaponiyadakı səfiri Corc Qlass Vaşinqtonun Yaponiyanın Kuril adaları ilə bağlı ərazi iddialarını dəstəklədiyini bildirib.

Diplomat ABŞ-ın Yaponiyanın “şimal əraziləri” adlandırdığı Kuril adaları üzərində suverenliyini tanıdığını qeyd edib.

Qeyd edək ki, Yaponiya Cənubi Kuril adalarına Kunaşir, İturup, Şikotan və Habomai adalarını daxil edir və onların Rusiya ərazisi olduğunu qəbul etmir. Moskva isə bu ərazilərlə bağlı ərazi mübahisəsinin mövcudluğunu tanımır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Kuril adalarına səfər edib. Səfər Yaponiyanın sərt etirazına səbəb olub.