1xeber.media xəbər verir ki, Ermənistan Daxili İşlər nazirinin müavini Armen Kazaryan xaricdə yaşayan etnik ermənilərin ölkə vətəndaşlığını çox asanlıqla əldə etməsini problem kimi qiymətləndirib.
Kazaryanın sözlərinə görə, Ermənistan etnik ermənilərin vətəndaşlıq alması üçün faktiki olaraq ciddi tələblər irəli sürmür. Nazir müavini bu qaydanın dəyişdirilməsinin vacib olduğunu bildirib.
O qeyd edib ki, vətəndaşlıq üçün ən çox müraciət edənlər Rusiyada yaşayan ermənilərdir. Kazaryanın iddiasına görə, bəzi şəxslər Ermənistan vətəndaşlığını Qərb ölkələrinə viza və səfər imkanlarını asanlaşdırmaq məqsədilə əldə etməyə çalışırlar.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi planından danışıb.