1xeber.media xəbər verir ki, ukraynalı jurnalist Andrey Tsaplienko Ukraynanın Rusiya ərazisinə zərbələrdə daha sərt mərhələyə keçdiyini bildirib.
Onun sözlərinə görə, Kiyev bu barədə ABŞ-a rəsmi məlumat verib və hava məkanının dərhal qorunmasını tələb edib.
Tsaplienkonun açıqlaması Rusiya ərazisinə son hücumların fonunda səslənib. Məlumata görə, avqustun 14-də Ukrayna qüvvələri Bryansk şəhərində yaşayış binasına zərbə endirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Ukraynanın dərinliklərə zərbələrinə cavab olaraq Kiyevin Qərbdən aldığı hərbi dəstək sisteminin zəiflədiləcəyini bildirib.