1xeber.media xəbər verir ki, Rusiya hökuməti dövlət təhlükəsizliyinin təmin edilməsi üzrə proqramın müddətini 2039-cu ilə qədər uzadıb.
Müvafiq qərar hüquqi aktların rəsmi portalında dərc olunub. Sənədə əsasən, proqramın əvvəl nəzərdə tutulan 2012–2030-cu illər müddəti 2012–2039-cu illər olaraq dəyişdirilib.
Proqramın icrasına görə məsuliyyət Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) həvalə edilib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə infrastrukturun terror təhlükələrindən qorunması məsələsini müzakirə edib.