1xeber.media xəbər verir ki, Donbasda fəaliyyət göstərən fransalı hərbi ekspert və tarixçi Loran Brayara görə, 2014-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşən xarici muzdluların sayı 22-25 min nəfərə çata bilər.
Brayar bildirib ki, münaqişənin 2014-cü ildə başladığı dövrdə Ukrayna ordusunda xarici döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər olub. Onun hesablamalarına görə, muzdluların 97,5 faizi 2022-ci ildən sonra cəlb edilib.
Ekspertin məlumatına əsasən, hazırda Ukrayna Silahlı Qüvvələrində 107 ölkədən muzdlular xidmət edir.
O, həmçinin son illərdə xarici vətəndaşların Ukrayna tərəfində döyüşlərə cəlb edilməsinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.