Вернуться назад Распечатать

ABŞ Kubaya qarşı hərbi müdaxilə planını təxirə saldı

1xeber.media xəbər verir ki, ABŞ administrasiyası Kubaya qarşı hərbi güc tətbiqi variantını hələlik arxa plana keçirib.

Bloomberg-in mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton hazırda əsas diqqəti Kubaya qarşı iqtisadi və sanksiya təzyiqinin artırılmasına yönəldib.

ABŞ Prezidenti Donald Trampın Kubaya hərbçilər göndərməkdən yayınmağa çalışdığı bildirilir. Bununla belə, hərbi müdaxilə variantının tamamilə gündəmdən çıxarılmadığı qeyd olunur.

Qeyd edək ki, Pentaqon rəhbəri Pit Heqset daha əvvəl Kuba ilə bağlı bütün variantların, o cümlədən hərbi güc tətbiqinin nəzərdən keçirildiyini bildirmişdi.