Вернуться назад Распечатать

Fransanın Ukraynada itkiləri açıqlanıb

1xeber.media xəbər verir ki, Fransanın Ukraynadakı döyüşlərdə 10 nəfərdən bir neçə yüz nəfərədək hərbçi itirmiş ola biləcəyi bildirilib.

Məlumat TASS-a Rusiya güc strukturlarındakı mənbənin verdiyi açıqlamaya əsaslanır. Mənbə Fransanın Ukraynaya hərbçilər göndərən NATO ölkələrindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin sıralarında 2014-cü ildən bəri 25 minədək xarici muzdlunun ola biləcəyi barədə məlumat yayılmışdı.