1xeber.media xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ukraynada Yevgeni Konovaletsin qalıqlarının Kiyevə gətirilməsi ilə bağlı keçirilən mərasimə Qərbin münasibət bildirməməsini tənqid edib.
Zaxarova bildirib ki, mərasim Qərb ölkələrinin və insan haqları təşkilatlarının susqunluğu fonunda keçirilib.
Qeyd edək ki, Konovalets Ukrayna Millətçiləri Təşkilatının (OUN) qurucusu və ilk rəhbəri olub. Onun qalıqlarının ekshumasiya edildiyi barədə məlumat avqustun əvvəlində yayılmışdı.