Вернуться назад Распечатать

Ağ Ev Baydenin Ukraynaya silah yardımını tənqid etdi

1xeber.media xəbər verir ki, Ağ Ev ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının Ukraynaya böyük həcmdə silah və sursat göndərməsini “təəssüf doğuran və faciəvi” addım kimi qiymətləndirib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, hazırkı prezident Donald Tramp hərbi yardımla bağlı daha təmkinli mövqe nümayiş etdirir.

Livittin sözlərinə görə, Bayden administrasiyası Ukrayna da daxil olmaqla müxtəlif istiqamətlərə böyük miqdarda sursat göndərib.