Вернуться назад Распечатать

DSX-də generalların yeri dəyişdi - Pirizadə Elçin Quliyevin müavini oldu

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib. 

1xeber.media xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub. Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.

qafqazinfo