Вернуться назад Распечатать

Babək Hüseynov SOCAR-dakı vəzifəsindən azad olunub?

SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunduğu iddia edilir.
1xeber.media
 xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında məlumat dərc edib.
Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.
Lakin qurumun rəsmi saytında Babək Hüseynov hazırda da vitse-prezidentlər bölməsində göstərilir.Qeyd edək ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunub.