Вернуться назад Распечатать

Qara dənizdə blokada Ukraynaya ağır zərbə vura bilər

1xeber.media xəbər verir ki, ekspert Aleksandr Pataman Qara dənizdə gəmiçiliyin bloklanmasının Ukrayna iqtisadiyyatına ciddi zərbə vuracağını bildirib.

Onun sözlərinə görə, belə bir vəziyyət Ukraynanın böyük limanlarının fəaliyyətini məhdudlaşdıra və ölkənin həm iqtisadi, həm də hərbi təchizat imkanlarını zəiflədə bilər.

Pataman qeyd edib ki, Rusiya alternativ logistika imkanlarına malik olduğundan mümkün blokadadan daha az zərər görə bilər.