1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri avqustun 15-nə keçən gecə Rusiyanın Samara vilayətində yerləşən sənaye müəssisəsinə raket zərbəsi endirib.
Məlumata görə, hadisə yerində fövqəladə xidmətlər və operativ qərargah çalışır. Hücumun nəticələri və xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
Vilayət qubernatoru Vyaçeslav Fedorışev hadisə ilə bağlı məlumatların araşdırıldığını bildirib.