“Uber” və Çinin avtonom nəqliyyat texnologiyaları üzrə ixtisaslaşmış “Pony.ai” şirkəti Avropada 2 mindən çox robotaksi istifadəyə verməyi planlaşdırır.
1xeber.media “Çərçivə Xəbər” ə istinadən bildirir ki, yeni razılaşma şirkətlərin Zaqrebdə həyata keçirməyə hazırlaşdığı kommersiya robotaksi xidmətini daha geniş coğrafiyaya daşıyacaq.
Sürücüsüz taksilərin Avropanın daha dörd şəhərində istifadəyə verilməsi nəzərdə tutulur. Şirkətlər həmin şəhərlərin adlarını və layihənin icra tarixini hələ açıqlamayıblar.
Avtomobillər dördüncü səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz ediləcək. Bu texnologiya müəyyən edilmiş ərazilərdə avtomobilin sürücünün müdaxiləsi olmadan hərəkət etməsinə imkan verir.
Tərəfdaşlığın növbəti mərhələdə Yaxın Şərq ölkələrini də əhatə edəcəyi bildirilir.