Вернуться назад Распечатать

Bu ölkədə 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

1xeber.media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, yerin 35 km dərinliyində yerləşib.

Yeraltı təkanlar nəticəsində 5 nəfər ölüb. Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

***

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə xilasetmə xidmətlərindən məlumat verilib.

Bundan başqa, 6 nəfərin xəsarət aldığı və 2 nəfərin dağıntılar altında qaldığı bildirilib.