Вернуться назад Распечатать

Almaniyadan Putinin xəbərdarlığına çağırış

1xeber.media xəbər verir ki, Almaniyalı təhlükəsizlik eksperti Moritz Brake Rusiya Prezidenti Vladimir Putinin Rusiya gəmilərinin ələ keçirilməsinə cavab veriləcəyi ilə bağlı açıqlamasına ciddi yanaşmağa çağırıb.

Onun sözlərinə görə, mümkün qarşıdurmalar Avropada daşımaların sığorta xərclərini artıra və yük marşrutlarının uzanmasına səbəb ola bilər.

Ekspert Almaniya və Avropanın dəniz nəqliyyatından iqtisadi və siyasi baxımdan ciddi şəkildə asılı olduğunu vurğulayıb.