Вернуться назад Распечатать

Rusiya 17 “Flamingo” raketini vurdu

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son sutka ərzində hava hücumundan müdafiə qüvvələri Ukraynanın Rusiya istiqamətində buraxdığı 17 ədəd “Flamingo” qanadlı raketini məhv edib.

Məlumata əsasən, hücumlarda həmçinin 7 idarəolunan aviasiya bombası və HIMARS sistemindən 4 raket tətbiq olunub.

Nazirlik sutka ərzində 1328 Ukrayna PUA-sının məhv edildiyini bildirib.