Вернуться назад Распечатать

“Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar

İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.

1xeber.media “Unikal”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib.

O, “Seaside estate” şirkətinin rəhbəri olub.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən  1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş.  Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.

O.Yusubovun fotolarını təqdim edirik: