1xeber.media xəbər verir ki, Almaniyanın Ukraynadakı səfirliyi vətəndaşlarını avqustun ikinci yarısında bu ölkəyə səfərlərdən çəkinməyə çağırıb.
Diplomatların sözlərinə görə, Ukraynanın Müstəqillik Günü ərəfəsində təhlükəsizlik riskləri arta bilər. Enerji infrastrukturu və iri nəqliyyat qovşaqlarının mümkün hücumların hədəfinə çevrilə biləcəyi bildirilib.
Səfirlik Almaniya vətəndaşlarına mövcud səyahət xəbərdarlıqlarına əməl etməyi tövsiyə edib.