Вернуться назад Распечатать

Novosibirsk zooparkında üç puma balası doğuldu

1xeber.media xəbər verir ki, Rusiyanın Novosibirsk zooparkında puma cütlüyünün üç balası dünyaya gəlib.

Balaların iyulun 6-da doğulduğu, lakin bu barədə məlumatın yalnız indi açıqlan­dığı bildirilib. Hazırda balalar əsasən anaları ilə vaxt keçirir və yalnız ana südü ilə qidalanırlar.

Zoopark əməkdaşlarının sözlərinə görə, balaların tüklərindəki tünd ləkələr, ayaqlardakı zolaqlar və quyruqdakı halqalar böyüdükcə tədricən yox olacaq.