Вернуться назад Распечатать

Rusiya Ukraynanın limanlarına zərbələr endirdi

1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri avqustun 14-dən 15-nə keçən gecə Ukraynanın liman infrastrukturu və hərbi məqsədlərlə istifadə olunan obyektlərinə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Yujnı” limanında yanacaq-sürtkü materialları anbarı, Odessa limanında isə hərbi yükləri daşıyan gəmiləri müşayiət edən patrul katerinə zərbə endirilib.

Həmçinin “İzmail” limanında hərbi-texniki təyinatlı anbar və liman infrastrukturu hədəfə alınıb.