Moskva şəhəri və Moskva vilayəti gecə saatlarında kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
1xeber.media xəbər verir ki, Moskva merinin açıqlamasına əsasən, axşam saatlarından səhərədək region istiqamətində 600 PUA uçub. Onlardan 201-nin Moskva vilayəti ərazisində məhv edildiyi bildirilib.
Hücumlardan sonra Podolsk yaxınlığındakı Koledino qəsəbəsində “Wildberries” şirkətinə məxsus logistika kompleksində güclü yanğın başlayıb. Sahəsi 200 min kvadratmetrdən çox olan obyektin şirkətin Rusiyadakı ən böyük anbarı olduğu qeyd edilir.
Moskva vilayətinin Domodedovo rayonunda yerləşən digər iri logistika mərkəzində də yanğın baş verdiyi barədə məlumat yayılıb.
Hadisələrin miqyası, dəymiş ziyanın həcmi və mümkün itkilər barədə hələlik ətraflı məlumat verilməyib.